Amerikalı prodüser Cerri Brukhaymer Conni Depp ilə yeni bir film layihəsi üzərində çalışdıqlarını təsdiqləyib.

Dergi.az xəbər verir ki, Brukhaymer Deadline portalına verdiyi açıqlamada Depp ilə ssenari üzərində müzakirə apardıqlarını bildirib. “Conni ilə görüşürük, bir ssenari üzərində çalışırıq və ümid edirəm ki, bunu həyata keçirə bilərik” deyə prodüser vurğulayıb.

Bu açıqlama, Depp-in son zamanlar kino sənayesindəki fəaliyyətinə dair marağı artırmaqdadır.