Amerikalı aktyor Conni Depp “Ebenezer” adlı yeni fantastik filmdə baş rolda yer alıb.
Dergi.az xəbər verir ki, Depp 2016-cı ildən bəri keçmiş həyat yoldaşı Ember Hörd ilə boşanma və şiddət iddiaları səbəbilə Hollywood-dan kənarlaşdırılmışdı. Lakin 2022-ci ildə ABŞ-da keçirilən 50 milyon dollarlıq böhtan məhkəməsində qələbə qazanması onun karyerası üçün dönüş nöqtəsi oldu.
Depp, “Ebenezer” filminin Londonda keçirilən qala gecəsində Hollywood-a dönüşü ilə bağlı danışıb. O, “Bir nevi tətil oldu və çox yaxşı gəldi” sözlərini işlədib. Film, Çarlz Dikkensin 1843-cü ildə yazdığı “A Christmas Carol” adlı qısa romanından uyarlanıb və Depp burada Ebenezer Skruj adlı obrazı canlandırır.
Filmin rejissoru Ti Vest, Deppin performansını izlədikdən sonra onun bu rola doğulduğunu düşündüyünü bildirib. Vest, əvvəlcə Deppin heyətə daxil edilməsi barədə bəzi narahatlıqları olduğunu etiraf etsə də, aktyorun performansının bu narahatlıqları tamamilə aradan qaldırdığını qeyd edib.
Filmdə Depp ilə yanaşı Rupert Qrint, Andrea Raysboro, Sem Klaflin, Dezi Ridli, Artur Konti, Elli Bamber, Henri Lloyd-Hyuz, Çarli Marfi, Tramel Tillman və İan Makkellen də iştirak edirlər.
