Amerikalı aktyor Coni Depp və britaniyalı aktyor Rupert Qrint “Skruc” filminin premyerasında iştirak ediblər.

Dergi.az xəbər verir ki, bu film Çarlz Dikkensin “Milad nağılı” əsərinə əsaslanır və Depp burada xəsis Ebenezer Skruc rolunu canlandırıb. Rupert Qrint isə onun sadiq əməkdaşı Bob Kretçiti oynayıb.

Filmin ilk treyleri yayda təqdim edilib. Layihəyə “Üzüklərin hökmdarı” seriyasından tanınan İan MakKellen, Artur Konti, Deizi Ridli və Sem Klaflin də qatılıblar.

Coni Depp, aktrisa Ember Hörd ilə qalmaqallı boşanma səbəbindən səkkiz il Hollywood karyerasını dayandırmalı olub. Boşanma zamanı hər iki tərəf bir-birini məişət zorakılığında ittiham edib. Depp, 2020-ci ildə “Fantastik canavarlar” layihəsindən uzaqlaşdırılıb.

Rupert Qrint isə “Harri Potter” filmlərində Ron Uizli rolu ilə tanınıb. O, həmçinin “Xidmətçi evi”, “Böyük qumar” seriallarında və “Qapını döyən” filmində çəkilib.