Avstraliyalı aktyor Chris Hemsworth dörd il əvvəl qurduğu istehsal şirkəti Wild State-i bağlayıb.

Dergi.az xəbər verir ki, şirkətin işçilərinə 2026-cı ilin sonuna qədər ödəniş ediləcəyi bildirilib. Şirkətin veb saytı artıq işləmir və ‘vaxtı keçmiş’ mesajı göstərir.

Page Six-in məlumatına görə, Hemsworth bu qərarı daha gəlirli kino imkanlarına yönəlmək üçün qəbul edib. Aktyor şirkətin qısa müddətdə əldə etdiyi nailiyyətlərdən qürur duyduğunu bildirib.

Chris Hemsworth Wild State-i 2022-ci ildə Benjamin Grayson ilə birlikdə təsis edib. Şirkət əvvəllər National Geographic ilə ssenarisiz layihələr üçün ilkin baxış müqaviləsi imzalamışdı.

Hemsworth’un Limitless serialı ilə qazandığı uğurdan sonra bu addımı atdığı qeyd olunub.