Məşhur müğənni və iş adamı Emin Ağalarov Azərbaycanın turizm sahəsində böyük potensiala malik olduğunu vurğulayıb. Onun fikrincə, ölkəmiz Las-Vegas, Dubay və Mayami kimi məşhur turizm və əyləncə mərkəzlərinə çevrilə bilər.
Dergi.az xəbər verir ki, Ağalarov Azərbaycanın turizm infrastrukturu və kurort istiqamətlərinin inkişafına investisiyalar üçün əlverişli şəraitə sahib olduğunu bildirib. O, bu sahədə atılacaq addımların ölkənin iqtisadiyyatına və beynəlxalq arenada tanınmasına böyük töhfə verəcəyini düşünür.
Emin Ağalarov həmçinin turizm sektorunun inkişafında dövlət və özəl sektorların birgə fəaliyyətinin əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, bu əməkdaşlıq Azərbaycanın turizm potensialını tam şəkildə reallaşdırmağa kömək edəcəkdir.
