Amerikalı aktyor Entoni İppolito “I Play Rocky” filmində Sylvester Stallone rolunu canlandırıb. Aktyor bu rola hazırlanmaq üçün Stallone ilə Zoom görüşləri keçirib və onun həyat hekayəsini dərindən öyrənib.
Dergi.az xəbər verir ki, İppolito Stallone ilə keçirtdiyi vaxtın onun performansına böyük təsir etdiyini bildirib. Stallone-nin üz iflici və bu səbəbdən yaşadığı çətinliklər barədə danışması aktyoru dərin təəssüratlandırıb.
İppolito Stallone-nin fiziki hərəkətlərini və danışıq tərzini öyrənmək üçün bir ildən çox vaxt sərf edib. O, Stallone-nin əfsanəvi “Rocky” filminin ruhunu əks etdirmək üçün 40 kilo əzələ kütləsi yığıb.
“I Play Rocky” filmi Stallone-nin “Rocky” filminin çəkiliş prosesini və onun aktyor kimi mübarizəsini əks etdirir. İppolito bu rolda Stallone-nin həyatı və karyerası ilə bağlı dərin empatiya yaradıb.
