Türkiyəli aktrisa Hande Erçel “Diaspora” adlı beynəlxalq filmdə baş rola çəkiləcək.

Dergi.az xəbər verir ki, aktrisa dünyaca məşhur iranlı rejissor Nader Saeivarın yeni filmində Merve adlı bir ananın dramatik hekayəsini canlandıracaq. Film Almanca, İngiliscə və Türk dilində çəkiləcək.

Hande Erçel, filmdə dünyaca məşhur alman aktyor Moritz Bleibtreu ilə birgə baş rolda çıxış edəcək. Çəkilişlərin 2027-ci ilin ilk aylarında Berlində başlaması nəzərdə tutulub.

Bu layihə Hande Erçelin beynəlxalq arenada böyük bir addım atması kimi qiymətləndirilir.