“Hildur” adlı Şimal mavi cinayət serialı Fransa, Avstraliya, Hollandiya və digər ölkələrə satılıb.
Dergi.az xəbər verir ki, Cineflix Rights tərəfindən çəkilən altı seriyalı bu serialın hüquqları Canal+ (Fransa), NPO (Hollandiya), SBS (Avstraliya), RTV (Sloveniya) və LTV (Latviya) tərəfindən əldə edilib. Serial, Finlandiya və İslandiyada böyük uğur qazanıb.
Serialın əsasını fin yazıçısı Satu Rämönün detektiv Hildur haqqında kitabları təşkil edir. Serialın baş rolunda Ebba Katrín Finnsdóttir detektiv Hildur obrazını canlandırır.
Serialın prodüserliyi Finlandiyanın Take Two Studios və İslandiyanın Sagafilm şirkətləri tərəfindən həyata keçirilib.
