Məşhur şoumen Okan Bayülgen və reklamçı Şirin Edigerin qızı İstanbul Bayülgen beynəlxalq sənət uğuruna imza atıb.

Dergi.az xəbər verir ki, 2026 Beynəlxalq Tələbə Rəssam Mükafatları çərçivəsində keçirilən yarışmada 70-dən çox ölkədən tələbələr iştirak edib. Ənənəvi rəsm və təsviri sənət işlərinin texniki bacarıq, yaradıcılıq və orijinallıq meyarlarına əsasən qiymətləndirildiyi tədbirdə 17 yaşlı İstanbul Bayülgen “Honorable Recognition Award” (Xüsusi Təşəkkür Mükafatı) qazanıb.

İstanbul Bayülgenin mükafat aldığı, təhsil aldığı Iris Portfolio Studio tərəfindən edilən paylaşımla elan edilib.

İstanbul, məşhur şoumenin 2008–2014-cü illər arasında evlilik yaşadığı Şirin Ediger ilə birlikdəliyindən dünyaya gəlib. Cütlüyün qızı uzun illər diqqətdən kənarda böyüyüb.