Kanadalı aktyor Keanu Reeves John Wick rolunda animasiya prequelində geri dönəcək.
Dergi.az xəbər verir ki, Variety-nin məlumatına görə, neo-noir aksiyon triller seriyasının ulduzu məşhur qatil roluna qayıtmaq üçün müqavilə bağlayıb.
Film, Wick-in Yüksək Masaya qarşı öhdəliyindən azad olmaq və həyatının sevgisi Helen ilə birlikdə olmaq üçün bütün rəqiblərini bir gecədə öldürdüyü “Mümkünsüz Tapşırıq”ın mənşəyini izah edəcək.
Reeves, uzun müddətli John Wick canlı-aksyon rejissoru Çad Stahelski ilə birlikdə layihənin prodüserliyini də həyata keçirəcək.
Lionsgate Motion Picture Group-un sədri Adam Fogelson, 2025-ci ildə CinemaCon-da animasiya aksiyon filmini ilk dəfə elan edib.
Françayz, Ana de Armas-ın baş rolda olduğu “Balerina” spin-offu da daxil olmaqla, dünya üzrə 1 milyard dollardan çox gəlir əldə edib.
