Müğənni Kəmalə Qaramollayevanın ilk böyük solo konserti keçirilib.
Dərgi.az xəbər verir ki, sənətçinin konserti Heydər Əliyev Sarayında baş tutub.
Gecədə müğənni repertuarında yer alan sevilən mahnılarını səsləndirərək tamaşaçılara musiqi dolu anlar yaşadıb. Lakin Kəmalə Qaramollayeva konsert zamanı etdiyi səmimi etiraflarla da diqqət çəkib.
Sənətçi uzun illər övlad həsrəti çəkdiyini bildirib. Daha sonra oğlunu səhnəyə dəvət edən müğənni duyğularına hakim ola bilməyib və göz yaşlarını saxlaya bilməyib.
Ana ilə oğulun səhnədə yaşadığı kövrək anlar konsertin ən emosional məqamlarından birinə çevrilib.
Qeyd edək ki, bu, Kəmalə Qaramollayevanın karyerasında ilk böyük solo konsertidir.
