Türkiyədə “Show TV”də yayımlanan “Kızılcık Şerbeti” serialında gözlənilməz bir dəyişiklik baş verib.

Dergi.az xəbər verir ki, beşinci mövsümü ilə tamaşaçıların qarşısına çıxan serialın ilk bölümündən etibarən ssenarisini yazan Melis Civelek və Zeynep Gür, ssenari prosesi ilə bağlı yaşanan fikir ayrılığı səbəbindən prodüser şirkəti ilə qarşılıqlı razılıq əsasında yollarını ayırıb.

Ayrılıq serialın 143-cü bölümündən etibarən qüvvəyə minib. Serialın yeni ssenaristləri yaxın günlərdə bəlli olacaq.