Portuqaliyalı futbol ulduzu Kriştianu Ronaldo televiziya dünyasına addım ataraq “Day 1s” adlı teleserialın istehsalına başladığını açıqlayıb.

Dergi.az xəbər verir ki, Ronaldo bu layihəni ingilis rejissor və prodüser Metyu Von ilə birlikdə həyata keçirir. Onlar “UR Marv Studios” şirkətini təsis edərək futbol dramı janrında serial hazırlayırlar.

Bildirilir ki, Ronaldo serialın bəzi seriyalarında qısa müddətə öz obrazını canlandıracaq.