Türkiyəli aktyor Mahir Günşiray “Sinan Canan ilə AçıkBeyin” proqramında həyat yoldaşının xatirəsini necə yaşadığını və aktrisa Hatice Aslan ilə münasibətlərini səmimi şəkildə danışıb.

Dergi.az xəbər verir ki, Mahir Günşiray 2023-cü ildə xərçəng səbəbindən itirdiyi fransız əsilli sənətçi və uşaq kitabı yazıçısı Claude Leon Günşiray’ın acısını necə yaşadığını və bu dönəmdə Hatice Aslan ilə olan münasibətini izah edib.

Aktyor bildirib ki, keçmiş xatirələri yox etmək bir həll deyil və həyatın qalan hissəsi ilə barışıq yaşamaq lazımdır. “Hatice ilə birlikdə yaşayıram, və bizim məkanımızda Claude’un şərfi və şəkli var. Bu, həyatımızın bir hissəsidir və Hatice məni bununla qəbul edir,” deyə o vurğulayıb.

Mahir Günşiray’ın həyat yoldaşının xatirələrinə hörmətlə yanaşması və Hatice Aslan ilə sevgi və olgunluğa dayalı münasibəti sosial mediada böyük təqdir toplayıb.