Türkiyəli aktrisa Melisa Şenolsun narkotik testinin nəticələrinə dair yayılan xəbərlərdən sonra sosial media hesabında açıqlama verib. Aktrisa qan və sidik nümunələrinin mənfi, lakin saç nümunəsində müsbət nəticə çıxdığını bildirib.
Dergi.az xəbər verir ki, Melisa Şenolsun narkotik və ya stimullaşdırıcı maddə istifadə etmədiyini bir daha vurğulayıb. Aktrisa saç nümunəsindəki nəticənin yenidən qiymətləndirilməsinin vacib olduğunu qeyd edib.
Şenolsun vəkili vasitəsilə müvafiq məhkəmə orqanlarına müraciət edərək testin təkrar aparılmasını tələb edəcəyini açıqlayıb.
Aktrisa prosesi diqqətlə izlədiyini və həqiqətin tezliklə ortaya çıxacağına inandığını ifadə edib.
