Müğənni Mərdan Kazımov (səhnə adı ilə MARDAN) Bakıda keçirilən “Formula 1” Azərbaycan Qran-Prisi çərçivəsində möhtəşəm konsert proqramı ilə çıxış edib.

Dergi.az xəbər verir ki, rok qrupunun müşayiəti ilə səhnəyə çıxan MARDAN Azərbaycanın klassik retro musiqilərini və estrada mahnılarını müasir pop-rok və etnik elementlərlə sintez edərək “Formula 1” qonaqlarına təqdim edib.

Sənətçi, həmçinin yeni repertuarından nümunələri səsləndirərək tamaşaçılara yaddaqalan və əyləncəli anlar yaşadıb. Onun enerjili çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

XƏBƏRİN VİDEOSU

0:00 / 0:00