Türkiyəli müğənni Merve Özbey Afyonkarahisarda keçirilən Gastro Afyon Turizm və Ləzzət Festivalının son günündə səhnəyə çıxarkən bədbəxt hadisə yaşayıb.

Dergi.az xəbər verir ki, konsert zamanı müğənni səhnəyə ara verdiyi vaxt pilləkəndən yıxılıb. Hadisə yerində ilk tibbi yardım göstərilib və daha sonra Özbey xəstəxanaya yerləşdirilib.

Merve Özbey İstanbula qayıtdıqdan sonra öz həkiminə müraciət edəcəyini bildirib. O, sosial media hesabında ayağının zədələndiyini və vəziyyətinin yaxşı olduğunu qeyd edib.

Müğənni qarşıdakı konsertlərə hazırlaşacağını və pərəstişkarlarının narahat olmamasını istəyib.