Əməkdar artist Mətanət İsgəndərli görünüşündə etdiyi dəyişikliklərdən və 25 il əvvəl arzuladığı saç düzümünə qayıtmasından danışıb.
Dergi.az xəbər verir ki, müğənni “Qonaqcanlı” verilişində son günlər saçlarını qısa kəsdirməsindən söz açıb.
“25 il əvvələ qayıtdım. Bu saç düzümünü istəyirdim. Özümə söz vermişdim ki, arıqlayım, yenə edəcəyəm. O vaxtlar şokolad qutularının üstündə də belə fotom var idi. Arıqladım və qismət oldu”, – deyə İsgəndərli bildirib.
Əməkdar artist plastik əməliyyat etdirməsi barədə də danışıb. O, bədən quruluşu ilə bağlı əvvəl yaşadığı narahatlığı bölüşüb və son illərdə dəbdə olan bədən formalarını tənqid edib.
“Əvvəl qarın nahiyəmdən əziyyət çəkirdim, istədiyimi geyinə bilmirdim. Həkimə dedim ki, məni bu indiki bədən quruluşundan etmə, artıq olanı yığışdır. Baxın, artıq heç nə etməmişəm. Bu sənətdə qocalmaq yoxdur. Səhnə gözəllik tələb edir. Sənət adamının yaşı yoxdur”, – deyə müğənni qeyd edib.
Qeyd edək ki, Mətanət İsgəndərli plastik əməliyyatını İstanbulda yerləşən “NS” klinikasında etdirdiyini bildirib.
