iHeartRadio, hər il ABŞ-ın müxtəlif şəhərlərində keçirilən Jingle Ball konsertlərinin 2026-cı il üçün iştirakçılarını açıqladı. Bu konsert seriyası dekabr ayında Dallasda başlayacaq və Los Anceles, Çikaqo, Detroyt, Nyu-York, Boston, Vaşinqton və Filadelfiya şəhərlərini əhatə edəcək. Nəşvildə başa çatacaq konsertlərdə hər şəhərdə fərqli artistlər çıxış edəcək.

Dergi.az xəbər verir ki, Los Ancelesdə Olivia Rodrigo, Dallasda KATSEYE, Vaşinqtonda Jonas Brothers və Filadelfiyada Charlie Puth kimi məşhurlar səhnə alacaq. Bu ilki Jingle Ball konsertlərində bir çox məşhur artistlər çıxış edəcək. Məsələn, SOMBR Nyu-York, Boston və Vaşinqtonda, RAYE Dallas, Los Anceles və Çikaqoda, Hilary Duff isə Los Anceles, Nyu-York, Boston və Nəşvildə səhnəyə çıxacaq.

Konsertlər üçün biletlər ilk olaraq Capital One kart sahibləri üçün 29 sentyabr – 1 oktyabr tarixlərində satışa çıxarılacaq. Ümumi satış isə 2 oktyabr tarixində başlayacaq.