Amerikalı müğənni Pierre Bouvier təyyarədə gözlənilməz konsert verib.

Dergi.az xəbər verir ki, təyyarə ABŞ-da telekommunikasiya və hava nəqliyyatı idarəetmə sistemində yaranan problem səbəbindən yerə endikdən sonra sərnişinlər uzun müddət gözləməli olublar. Bu zaman Simple Plan qrupunun solisti Pierre Bouvier gitarası və mikrofonu ilə sərnişinlərə “Welcome to My Life” mahnısını ifa edib.

Sərnişinlər arasında təəccüblənənlər və bu qeyri-adi konserti telefonlarına çəkənlər olub. Hətta arxa sırada oturan bir sərnişin mahnıya ürəkdən qoşulub.

Sosial mediada paylaşılan videoya “Simple Plane ilə uçuşa xoş gəldiniz” kimi zarafatlar edilib. Digər bir izləyici isə bu performansa görə uçuşun gecikməsinə dəyər olduğunu bildirib.