Ukraynalı müğənni Potap (Aleksiy Potapenko) Nastya Kamenskixin biznesini ABŞ-a köçürməyə başlayıb. Bu addım Ukraynada baş verən növbəti qalmaqaldan sonra atılıb.
Dergi.az xəbər verir ki, sentyabrın sonunda sənətçi Floridada NICE2CU INTERNATIONAL CORP adlı yeni şirkət qeydiyyatdan keçirib. Bildirilir ki, bu adla 2016-cı ildən Ukraynada fəaliyyət göstərən şirkət Kamenskixə məxsusdur və onun yaradıcılıqla bağlı fəaliyyətini, menecment və təbliğatını həyata keçirir.
Yeni şirkət cütlük ətrafında yaranan dil qalmaqalından sonra yaradılıb. Potap və Kamenskix rus dilində danışdıqları üçün ironiya ilə üzr istəyən video yayımlayıblar və bu dili “azadlıq”la əlaqələndiriblər.
Jurnalistlərin məlumatına görə, 2025-ci il nəticələrinə əsasən, Ukrayna şirkəti 530 min qrivna (1,06 milyon rubl) gəlir, 535 min qrivna (1,07 milyon rubl) xərclə üzləşib.
Avqustda Vladimir Zelenskinin ofisinin saytında Potapın rus dilindən istifadə etdiyi üçün “əməkdar artist” adından məhrum edilməsi tələbi ilə petisiya yerləşdirilib. Daha sonra Ali Radanın bu tələbi dəstəkləmədiyi bildirilib.
30 sentyabrda Zelenskinin Ukrayna Təhlükəsizlik Xidmətinə Potapla bağlı araşdırma aparmağı tapşırdığı məlum olub.
