Ukraynalı müğənni Svetlana Loboda yarıçılpaq şəkildə çəkildiyi yeni fotolarını sosial media hesabında paylaşıb.
Dergi.az xəbər verir ki, müğənni metalik lif, uzun ağ ətək və həcmli naxışlı paltar geyinib. Onun obrazını parik və parlaq makiyaj tamamlayıb.
Paylaşımın şərhlərində bəziləri Lobodanı tərifləyərək onun fiqurasını və açıq-saçıq obrazını bəyənsə də, digərləri daha təvazökar olmağa çağırıb. Bir istifadəçinin “niyə mütləq açılmaq lazımdır?” sualına Loboda “70 yaşımda daha təvazökar olacağam” cavabını verib.
Bir çoxları Lobodanı başqa bir sənətçi, Anna Asti ilə qarışdırıb.
Svetlana Loboda Ukraynada anadan olub, Rusiyada yaşayıb və işləyib. SVO başladıqdan sonra Rusiya hakimiyyətinin hərəkətlərini qınayaraq uşaqları ilə Latviyaya köçüb. Emigrasiyadan sonra karyerası barədə danışan Loboda “nə güc, nə də işləmək istəyi hiss etmədiyini” bildirib.
