Rəqqasə Fatimə Fətəliyeva oğlu Hüseynlə bağlı paylaşım edib.
Dərgi.az xəbər verir ki, rəqqasə övladının 15 yaşı tamam olduğunu bildirib və onu bu münasibətlə təbrik edib:
“Canım oğlum, mənim əziz balam. Bu gün sən 15 yaşını tamamladın. Zaman necə də tez keçir… Səni ilk dəfə qucağıma aldığım gün sanki dünən idi. Bu gün isə qarşımda böyüyən, arzuları, xəyalları olan gözəl bir oğlan görürəm.
Sən mənim üçün sadəcə övladım deyil, həyatımın ən böyük dəyərlərindən, ən gözəl dualarımdan birisən. Allah səni hər zaman qorusun, yolunu açıq, bəxtini gözəl, qəlbini təmiz etsin. Qarşına çıxan bütün yollar səni xoşbəxtliyə, uğura və gözəl gələcəyə aparsın.
İnşallah, həyatda elə gözəl yerlərə gəlib çıxarsan ki, bu gün sənin üçün etdiyim bütün duaların gerçək olduğunu görüb qürur duyum. Hər zaman mərd, vicdanlı, yaxşı ürəkli və güclü insan ol.
Oğlum, həyatında nə olursa-olsun, unutma ki, ananın duası həmişə səninlədir. Mən səni hər yaşında, hər halında, hər zaman sevəcəyəm. Sənin xoşbəxtliyin mənim ən böyük xoşbəxtliyimdir.
15 yaşın mübarək, mənim dəyərli oğlum! Allah sənə uzun ömür, can sağlığı, bol ruzi, uğur və gözəl bir tale nəsib etsin.
Həmişə üzün gülsün, yolun işıqlı olsun. Səninlə fəxr edən anan var. Səni çox sevirəm, mənim əziz oğlum”.
Qeyd edək ki, rəqqasənin Aydan adlı bir qız da var.

