Türkiyəli aktyor Serhat Kılıçın İstanbulun Kağıthane rayonundakı evində ölü tapılmasından sonra hadisə yerində gərgin və duyğusal anlar yaşanıb.

Dergi.az xəbər verir ki, aktyordan cümə axşamından etibarən xəbər ala bilməyən sevgilisi Özlem E. onun evinə daxil olub və Kılıçın cansız bədəni ilə qarşılaşıb.

Özlem E. ifadəsi alınmaq üçün polis bölməsinə aparılarkən göz yaşlarına hakim ola bilməyib.

Xəbərdən sonra hadisə yerinə Kılıçın “Söz” serialından həmkarı aktyor Eren Vurdem də gəlib.

Dərin sarsıntı keçirən Özlem E.-ni tək qoymayan Vurdem onun polis bölməsinə aparıldığı zaman jurnalistlər tərəfindən görüntülənməsinin qarşısını almağa çalışıb. O, binadan çıxarkən kameraların qarşısına keçərək qadını qoruyub.

Görüntülənmək istəməyən Özlem E.-nin qoluna girərək ona dəstək olan Eren Vurdem jurnalistlərin sualları qarşısında onu qorumağa çalışıb.

Böyük sarsıntı keçirən və ayaq üstə dayanmaqda çətinlik çəkən Özlem E. polis əməkdaşlarının müşayiəti ilə ifadəsi alınmaq üçün polis bölməsinə aparılıb.