Hindistanın Maharaştra əyalətinin ən məşhur xalq teatrı ulduzlarından biri olan Vithabai Narayangaonkarın həyatı Bollywood musiqalına ilham verib.

Dergi.az xəbər verir ki, “Eetha” adlı musiqal, Vithabai Narayangaonkarın həyatını əks etdirən Yogiraj Bagulun Marathi kitabı əsasında çəkilib və Shraddha Kapoorun baş rolda oynadığı film 4 dekabrda nümayiş olunacaq.

Filmin rejissoru Laxman Utekar bildirib ki, “Eetha” tamamilə Vithabai haqqında biopik deyil, lakin onun həyatının əsas məqamlarını əks etdirir.

Vithabai Narayangaonkar, Maharaştranın ənənəvi səyyar xalq teatrı olan Tamashada illərlə tamaşaçıları heyrətləndirmiş və “Tamasha Samradnyi” (Tamasha İmperatriçası) adını qazanmışdı.

Vithabai, həyatında qarşılaşdığı çətinliklərə baxmayaraq, teatrı tərk etməmiş və sənətini davam etdirmişdi. O, 1990-cı ildə truppasını dağıtmağa məcbur olsa da, Tamasha sənətçiləri üçün hökumət pensiyası əldə etməyə nail olmuşdu.