Türkiyəli müğənni Yavuz Bingöl “Efsun of Anatolia” adlı musiqi layihəsini təqdim edib.

Dergi.az xəbər verir ki, bu layihə Anadolu musiqisinin ənənəvi melodiyalarını caz musiqisinin doğaçlama üslubu ilə birləşdirir. Layihənin musiqi və aranjimanları Mehmet Çelik tərəfindən hazırlanıb. Konsertdə Yavuz Bingölə trompet və flugelhorn-da Mehmet Çelik, pianoda Atilla Altunkeser, kontrabasta Baran Say, davulda Murat Söğüt və kopuzda Öner Gerçek müşayiət edəcək.

Yavuz Bingöl layihə ilə bağlı açıqlamasında, “Efsun of Anatolia”nın canlı və hər konsertdə yenidən formalaşa biləcək bir layihə olduğunu bildirib. O, layihənin Anadolu musiqisinin yaddaşını caz musiqisinin azadlığı ilə birləşdirdiyini vurğulayıb.

Bingöl, “Efsun” sözünün bu qarşılaşmanı əks etdirdiyini və Anadolu musiqisində izahı çətin bir sehr olduğunu qeyd edib. Layihə 8-ci Beynəlxalq İstanbul Xalq Musiqiləri Festivalı çərçivəsində 3 oktyabrda AKM Teatr Salonunda keçiriləcək.