Türkiyəli məşhur müğənni Yavuz Bingölün safra kisəsindəki daş səbəbindən keçirəcəyi əməliyyat təxirə salınıb.

Dergi.az xəbər verir ki, müğənninin meneceri Erden Demir Milliyet.com.tr-yə açıqlamasında, Bingölün infeksiya dəyərlərinin düşməsinin gözlənildiyini bildirib.

Yavuz Bingöl Başkent Universiteti İstanbul Xəstəxanasında müalicə altına alınıb və əməliyyat qərarı verilib. Lakin infeksiya dəyərlərinin aşağı düşməsi gözlənildiyi üçün əməliyyat iki gün təxirə salınıb.

Bingölün həyat yoldaşı Nilşah Ağaoğlu Bingöl də sosial media hesabında xəstəxana otağında əl-ələ olduqları bir fotoşəkil paylaşıb.

Yavuz Bingöl iyul ayında da safra kisəsi problemi səbəbindən Malatyadakı konsertini ləğv etmək məcburiyyətində qalmışdı.