Amerikalı aktrisa Zoi Kravitz, Runi Mara və Hoakin Feniks Nyu-Yorkda keçirilən bir neçə premyerada iştirak ediblər.
Dergi.az xəbər verir ki, “Bankı necə qarət etmək olar” filminin premyerasında Kravitz, Nikolas Holt və Pit Deyvidson iştirak ediblər. Zoi Kravitz Saint Laurent-dən qızılı obrazda qırmızı xalçaya çıxıb.
Runi Mara və Hoakin Feniks isə Gentle Monster brendinin yeni kolleksiyasının təqdimatında iştirak ediblər. Runi Mara tədbirdə şəffaf ətək və krujevalı top ilə görünüb.
Aktrisalar Rouz Birn və Meqan Fahi “Yaxşı qız” serialının premyerasında birlikdə poza veriblər.
