Amerikalı aktyor Aaron Taylor-Johnson ilin sonunda Robert Eggersin rejissoru, ssenaristi və prodüseri olduğu yeni ‘Werwulf’ filmində böyük ekrana qayıdır.
Dergi.az xəbər verir ki, filmin ikinci treyleri yayımlanıb və eyni zamanda onlayn alternativ reallıq oyunu da istifadəyə verilib.
Filmdə həmçinin Lili-Rouz Depp və Vilem Dafoe də rol alır, aktyor heyəti Ralf İneson və Bodhi Rae Breathnach ilə tamamlanır.
Filmin süjeti haqqında çox məlumat verilməsə də, treylerdən bəzi məqamları anlamaq mümkündür.
Focus Features tərəfindən təqdim olunan ‘Werwulf’ filmi 25 dekabrda kinoteatrlarda nümayiş olunacaq.
