İngiltərəli aktrisa və komediyaçı Ambika Mod psixi sağlamlıq problemləri ilə bağlı səmimi açıqlama verib.
Dergi.az xəbər verir ki, Mod “The Times” qəzetinə açıqlamasında depressiya və narahatlıq səbəbindən terapiya axtardığını bildirib. O, 2019-cu ildə emosional olaraq hər şeydən uzaqlaşdığını və bu dövrü xatırlamadığını qeyd edib.
Mod “This Is Going to Hurt” serialında Shruti obrazını canlandırarkən yaşadığı narahatlıq və depressiya təcrübələrini real həyatda da hiss etdiyini deyib.
O, həmçinin “One Day” serialının Netflix adaptasiyasında rol alarkən “imposter sindromu” ilə mübarizə apardığını etiraf edib. Mod bu rolu qəbul etməkdə tərəddüd etdiyini və hətta sınaq çəkilişlərinə qatılmaqdan çəkinib.
Ambika Mod “Black Doves” serialının ikinci mövsümündə agent Laila Joshi obrazını canlandırır və bu serial Netflix-də yayımlanır.
