Aparıcılar Kazım Sübhan və Mətanət Əliverdiyeva Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif ediliblər.
Dergi.az xəbər verir ki, Prezidentin sərəncamı Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə imzalanıb.
Bu təltif media sahəsindəki fəaliyyətlərinə görə aparıcılara verilən yüksək qiymət kimi dəyərləndirilir.
