Xalq artisti Şövqi Hüseynov “Qapqara” verilişində uşaqlıq illərindən və sənətə gəlməsindən danışıb.

Dergi.az xəbər verir ki, aktyor anasının savadsız olmasına baxmayaraq, onun sənətə yönəlməsində böyük rol oynadığını deyib.

Şövqi Hüseynov bildirib ki, anası onu dram dərnəyinə yazılmağa təşviq edib. Aktyorun sözlərinə görə, o, hələ ikinci sinifdə oxuyarkən dram dərnəyinə gedib və sonrakı həyatını teatr sənətinə həsr edib.

Xalq artisti üçün səhnə və teatr illər ərzində həyatının ayrılmaz hissəsinə çevrilib.