Məşhur müğənni Miro (Məhəmməd İsgəndərov) yaradıcılığı ilə bağlı verdiyi qərarla bağlı diqqətçəkən açıqlama verib.
Dergi.az xəbər verir ki, ifaçı “Jara Music”lə bağladığı müqavilənin təfərrüatlarını açıqlayıb.
Miro bildirib ki, maddi çətinliklər səbəbindən bu günə qədər yazdığı 70-dən çox mahnının müəllif hüquqlarını ömürlük satmaq məcburiyyətində qalıb.
“2026-cı il mənim üçün çox ağır il oldu, ard-arda böyük itkilər verdim. Təcili pula ehtiyacım var idi. “Jara Music” daxil olmaqla Azərbaycanda və Özbəkistanda böyük bir layihə təklif etdi. Şərtlər ağır olsa da, razılaşdım”, – deyə sənətçi bildirib.
Miro qeyd edib ki, söhbət 70-dən çox mahnının bütün hüquqlarının ömürlük şəkildə “Jara”ya verilməsindən gedir.
“Azərbaycanda heç bir rəqəmsal şirkət belə böyük qiymət təklif edə bilməzdi”, – deyə o vurğulayıb.
Dergi.az
