Türkiyəli müğənni və aktyor Mahsun Kırmızıgül jurnalistlərin suallarını cavablandırıb.
Dergi.az xəbər verir ki, sənətçi qızı tərəfindən öldürüldüyü bildirilən müğənni Güllü ilə bağlı məsələyə toxunub və ailə dəyərlərinin vacibliyindən danışıb.
“Bu məsələ məhkəmədədir. Dünyada ən çətin şeylərdən biridir. Mən anamı bir gün də olsa yaşatmaq üçün nələr etdim. “Bəyaz mələk” filmini niyə çəkdim? Anadoluda insanlar yaşlandıqca hörmət görürlər. Sən həyat yoldaşın istəmir deyə ana-atanı hansısa yerə atırsan. Belə şey olar?” – deyə Kırmızıgül bildirib.
Müğənni ailə münasibətlərinin insan həyatındakı əhəmiyyətini də vurğulayıb:
“Sən ana və atanla xoşbəxt ola bilmirsənsə, sabah övladların da səninlə xoşbəxt olmayacaq. Ailə çox önəmlidir”.
Mahsun Kırmızıgül məktəblərdə tədris olunan “Din və əxlaq” dərsi ilə bağlı da fikirlərini bölüşüb.
“Dinə və əxlaqa aid dərs var. Din dərsi qalsın, əxlaq hissəsini götürsünlər. Cəmiyyətin bu qədər əxlaqsız olduğu bir dövr görməmişəm”, – deyə sənətçi əlavə edib.
