Türkiyəli aktrisa Beren Saat musiqi karyerasında böyük təkliflər alıb. İddialara əsasən, aktrisanın konsert səhnəsinə çıxması üçün astronomik məbləğlər təklif edilib.
Dergi.az xəbər verir ki, Beren Saat “Exuberance” adlı ilk studiya albümünü yayımladıqdan sonra sosial mediada həm tənqidlər, həm də böyük maraqla qarşılanıb. Albümün “Honey Bee” mahnısına çəkilən klipi isə ilk 24 saatda 500 mindən çox izlənmə əldə edib.
Jurnalist Müge Dağıstanlı Beren Saatin musiqi sektorundakı uğurlarına və ona edilən səhnə təkliflərinə diqqət çəkib. Dağıstanlı qeyd edib ki, Beren Saat qısa müddətdə səhnəyə çıxaraq yüksək qazanc əldə etmək fürsətini dəyərləndirə bilər.
Sosial mediada və maqazin dünyasında geniş müzakirə olunan bu iddialardan sonra Beren Saatin səhnə təkliflərini qəbul edib-etməyəcəyi böyük maraq doğurur.
