Aktyor Elməddin Cəfərov Azərbaycan tamaşaçısının yerli sənətçilərə münasibəti ilə bağlı narazılığını dilə gətirib.
Dergi.az xəbər verir ki, Türkiyə və İranda çəkilişlərə qatılan sənətçi “Pozan Media”ya müsahibəsində xaricdən gələn təkliflərə münasibət və yerli tamaşaçının reaksiyası barədə danışıb.
Cəfərovun sözlərinə görə, bəzi tamaşaçılar yerli sənətçiyə yalnız xarici layihələrdə və ya Türkiyənin məşhur televiziya proqramlarında göründükdən sonra maraq göstərirlər.
“Ən acınacaqlısı odur ki, Bakıda olanda mənə baxmayan tamaşaçı, TV8-də və ya Kanal D-də qonaq olan kimi yazır ki, ‘ay Elməddin, səni izləyirik’. Gərək Bəyazın, Acunun verilişinə çıxam ki, mənə dəyər verəsiniz?” – deyə aktyor bildirib.
O, bu yanaşmanı cəmiyyətdəki “özümüzə dəyər vermək üçün kənardan kiminsə tərifləməsini gözləmək” kompleksi ilə əlaqələndirib.
Dergi.az
