Aktyor Elməddin Cəfərov sənətçilərin sağlığında qiymətləndirilməməsi və maddi çətinliklərlə üzləşməsi barədə danışıb.

Dergi.az xəbər verir ki, sənətçi “Pozan Media”ya müsahibəsində məşhur olduğu halda maddi sıxıntı yaşayan aktyorların olduğunu bildirib.

“Bizdə acından ölən sənətkara ‘böyük sənətkardır’ deyirlər. Elə aktyor var ki, əjdaha kimi oynayır, amma kirayə pulunu, kommunalını verə bilməyib acından öldü. Öləndən sonra başlayırlar ki, ‘ah, qədrini bilmədik’”, – deyə Cəfərov bildirib.

Aktyor sənətçinin yalnız vəfat etdikdən sonra xatırlanmasını düzgün hesab etmədiyini vurğulayıb.

“Mən belə şeyi sevmirəm. Aktyorun bahalı maşını da olmalıdır, komfortlu həyatı da. Sənətkar niyə dəskamiyanın üstündə səfil kimi ölməlidir ki?” – deyə sənətçi əlavə edib.

Dergi.az