Yazıçı Kəramət Böyükçöl iş adamı Şərurlu İsfəndiyarın (İsfəndiyar Axundov) efirdə səsləndirdiyi fikirlərə sərt reaksiya verib.

Dergi.az xəbər verir ki, o, “Zarafat bir yana” verilişində qonaq olarkən iş adamının “özüm çobanam, amma alimləri əlimin altında işlədirəm” sözlərini tənqid edib.

Kəramət Böyükçöl bu fikirləri cəmiyyətə qarşı təhqir kimi qiymətləndirib və pulun belə şəxslərin əlində olmasından təəssüfləndiyini bildirib.

“Çox təəssüf edirəm ki, pul bu cür adamların əlindədir. Bu, cəmiyyət üçün ağır faciədir. Çıxıb efirdə “özüm çobanam, alimləri işlədirəm” demək cəmiyyətin üzünə deyilmiş ağır söyüşdür. Buna baxan valideyn uşağına nə desin? Desin ki, get oxu, yoxsa get Şərurlu İsfəndiyar ol?” – deyə yazıçı bildirib.

Aparıcının İsfəndiyar Axundovun məktəb tikdirmək planı və həmin təhsil müəssisəsinə rəhbərlik etmək niyyəti barədə xatırlatmasına da Kəramət Böyükçöl sərt cavab verib:

“Özü orada direktor, rektor olacaqsa, o məktəbi heç tikdirməsin”.

Dergi.az