Türkiyəli aktrisa Cansu Dere dörd illik fasilədən sonra yenidən ekranlara qayıtmağa hazırlaşır.
Dergi.az xəbər verir ki, aktrisa NOW platformasında yayımlanacaq “Mavi Orkide” adlı yeni serialda baş rolu canlandıracaq. Layihə haqqında ilk məlumatlara görə, serial nadir tapılan bir çiçəyin adını daşıyır.
Cansu Dere modelliydən aktyorluğa keçərək Türkiyənin ən tanınmış və prestijli simalarından biri olub. O, “Sıla”, “Ezel” və “Anne” kimi yüksək reytinqli layihələrdəki çıxışları ilə geniş kütlələrə çatıb.
Aktrisa dramatik rollardakı uğurları ilə aktyorluqda daimi bir yer qazanıb.
