Türkiyəli aktrisa Cemre Baysel Anadolu Sağlık Merkezi Xəstəxanası ilə Anadolu Efes İdman Klubu tərəfindən həyata keçirilən “Pembe Top Sahada” layihəsində bu il fərqindalıq çağırışını edəcək.
Dergi.az xəbər verir ki, uğurlu aktrisa 14 oktyabr Çərşənbə günü saat 20:30-da Turkcell Basketbol İnkişaf Mərkəzində başlayacaq Anadolu Efes-Bayern Münhen qarşılaşmasının simvolik hava atışını “Pembe Top”la həyata keçirəcək. Gözəl aktrisa qadınları sağlamlıqları üçün zaman ayırmağa və müntəzəm yoxlamalarını etdirməyə dəvət edəcək.
Layihəyə könüllü olaraq dəstək verən Cemre Baysel, intensiv iş tempinə baxmayaraq sağlamlıq yoxlamalarının təxirə salınmaması lazım olduğunu vurğulayıb. Baysel, “Həyat nə qədər sürətli axsa da, sağlamlığımız üçün bir fasilə verməli və yoxlamalarımızı təxirə salmamalıyıq. Bu dəyərli fərqindalıq hərəkətinin bir parçası olmaq mənim üçün çox mənalıdır” deyib.
Cemre Baysel layihə çərçivəsində “Pembe Top”la kamera qarşısına da keçib. Aktrisanın layihə üçün həyata keçirilən fotoşəkil çəkilişləri, illərdir “Pembe Top Sahada” layihəsinə könüllü dəstək verən fotoqraf sənətçisi Tamer Yılmazın obyektivindən əks olunub.
