Türkiyəli aktrisa Cemre Baysel ilə Beşiktaş futbolçusu Emirhan Topçu arasında münasibət olduğu iddiaları yayılıb.
Dergi.az xəbər verir ki, Cemre Baysel daha əvvəl yarış pilotu Cem Bölükbaşı ilə münasibətini bitirdikdən sonra, iddialara görə, yenidən idman dünyasından biri ilə sevgili olub. Bu dəfə onun Beşiktaşın futbolçusu Emirhan Topçu ilə yaxınlaşdığı bildirilir.
Emirhan Topçunun anasının Cemre Baysel’i sosial media hesabından izləməyə başlaması bu iddiaları daha da gücləndirib. Bu hadisə “Aşk onaylandı mı?” sualını gündəmə gətirib.
Hələlik hər iki tərəfdən rəsmi açıqlama verilməsə də, sosial mediada bu hərəkət geniş müzakirələrə səbəb olub.
