Müğənni Vüqar Bariton sosial media paylaşımı ilə diqqət çəkib.
OLAY yazır ki, ifaçı qohum evliliklərindən, onların fəsadlarından danışıb.
“Belə bir söz deyəcəyəm. Ola bilsin, çox insanların xoşuna gəlmədi. Amma bu bir reallıqdır, bununla barışmaq lazımdır. Qızlarımız, oğlanlarımız boydan çox balacadırlar. Cırtdanlaşma, cırlaşma gedir. Səbəb çox sadədir. Ən böyük səbəblərdən biri, Azərbaycanda qohum evlilikləridir. Əmiqızını əmioğluyla, xalaqızını xalaoğluyla, bibiqızını dayıoğluyla evləndirmək, bunlar ən böyük səbəblərdən biridir. Çünki qohum evliliyində olanda, çox böyük fəsadlar yaranır. Baxırsan, qızların, oğlanların burunları yekə, boyları çox balaca. Bu, cırtdanlaşma deməkdir. Deməli, geni dəyişmək lazımdır. Digər millətlərin nümayəndələriylə evlənmək lazımdır. Nə vaxta qədər məsələn, Lətafətlə Əflatun evlənəcək?
Azərbaycanda da olan ləzgi, ukrayn, digər xalqın nümayəndələriylə evlənmək lazımdır ki, uşaqlar metis (red. – müxtəlif insan irqlərinin biri-biriylə evlənməsindən törəyən insan) olsun. Metis uşaqlar yaraşıqlı, istedadlı olur. Odur ki, əziz dostlar, bu, reallıqdır, bununla barışmalıyıq. Uşaqların gözəl, boylu-buxunlu, savadlı olmağı üçün, mütləq genetika dəyişməlidir. Digər millətlərin nümayəndələriylə evlənmək lazımdır. Əmiqızıyla əmioğlunu, xalaqızıyla xalaoğlunu evləndirmək, ata-ananın məcburiyyəti, istəyi ilə evlənmələrə son qoymaq lazımdır. Görürəm, qızlar, oğlanlar 1.50-1.55 boyunda, arıq, cılız, burunlar böyük. Tanıdığım qızların 70 faizi burunlarını əməliyyat etdirirlər. Bu, onun fəsadlarıdır”, – deyə, o, söyləyib.
Şərhlər