Türkiyəli aktrisa Ecem Erkek sosial mediada aldığı tənqidi mesaja sərt reaksiya göstərib.
Dergi.az xəbər verir ki, aktrisa bir izləyicisinin “Sənin kimi hər şeyə burnumu mu soxayım?” mesajına cavab verərək bu cür rəylərin onu sinirləndirdiyini bildirib.
Ecem Erkek sosial media hesabında paylaşdığı açıqlamada hər kəsin öz həyatını yaşamaq haqqına sahib olduğunu vurğulayıb. O, şəxsi həyatına müdaxilə edən rəylərə qarşı sərt mövqe nümayiş etdirib.
Aktrisa ictimaiyyətə şəxsi məkanlara hörmət göstərməyə çağırıb.
