Türkiyəli gənc aktrisa Elçin Zehra İrem şəxsi həyatı ilə magazin gündəminə düşüb. Daha əvvəl rol yoldaşı Rahimcan Kapkap ilə adı hallanan aktrisa, münasibətini sosial media hesabından romantik paylaşım edərək açıqlayıb.
Dergi.az xəbər verir ki, İremin ürəyini fəth edən şəxs “Kısmetse Olur: Aşkın Gücü” evlilik proqramına qatılan və daha sonra “Arka Sokaklar” serialında rol alan Tolqa Kandemir olduğu ortaya çıxıb. Sosial media hesablarından birlikdə çəkildikləri romantik pozları ard-arda paylaşan cütlük qısa müddətdə magazin pərdəarxası və izləyicilərin diqqətini cəlb edib.
Mutlu anlarını izləyiciləri ilə paylaşan cütlüyün sevgi dolu kadrları sosial mediada böyük əks-səda doğurub. Qısa müddətdə minlərlə bəyənmə toplayan paylaşımın altında “Çox yaraşırlar” kimi şərhlər və ürək emojiləri yer alıb.
Elçin Zehra İremin şəxsi həyatı qədər karyerası və yaşı da maraq doğurur. 1 yanvar 2002-ci ildə İstanbulda anadan olan İrem, gənc yaşda başladığı aktrisa karyerasında yüksəlişi və duru gözəlliyi ilə diqqət çəkməyə davam edir.
