Amerikalı aktyor Ceremi London “evsiz” olması ilə bağlı yayılan iddiaları təkzib edib və bu xəbərləri yayan jurnalistlərə sərt reaksiya göstərib.
Dergi.az xəbər verir ki, aktyor bir müddət əvvəl iş və yaşayış yeri tapmaq üçün yardım istəyib, lakin bu, bəzi media orqanları tərəfindən onun evsiz olduğu kimi təqdim edilib.
“7th Heaven” serialındakı Chandler Hampton rolu ilə tanınan Ceremi London, “People” jurnalının X platformasında paylaşdığı və sonradan sildiyi yazıya kəskin reaksiya verib.
54 yaşlı aktyor sosial mediada “Dostlar, Floridada bir mənzilim var. İnsanlar məni evsiz kimi göstərir” deyə yazıb. O, Floridaya qayıtmaq istəmədiyini, lakin iş yerindəki problemlər səbəbindən buna məcbur qala biləcəyini bildirib.
Ceremi London daha sonra sosial mediada “Məşhur olmaq çox axmaqdır. Tweetlərimiz xəbər olmamalıdır” deyə əlavə edib.
Aktyor vəziyyətinin pis olmadığını vurğulayaraq, Floridada geri dönə biləcəyi bir evi olduğunu, lakin Pennsylvania’dan ayrılmaq istəmədiyini açıqlayıb.
