Braziliyalı model Jizel Bündhen həyat yoldaşı Joakim Valentenin ad gününü qeyd edib.

Dergi.az xəbər verir ki, Bündhen Instagram hesabında Valente ilə birlikdə çəkilmiş fotonu paylaşaraq, “Bu gün böyük bir insan doğulub, @joaquimvalente. Nə qədər şanslıyam. Səni çox sevirəm!” sözlərini yazıb.

Cütlük 2025-ci ilin dekabrında Mayamidə evlənib. Onlar 2023-cü ildən bəri münasibətdədirlər və 2025-ci ilin fevralında oğul övladını qarşılayıblar.

Bündhen, keçmiş həyat yoldaşı Tom Bredi ilə 2022-ci ildə ayrıldıqdan sonra Valente ilə münasibətə başladığı barədə iddiaları təkzib edib. O, New York Times-a verdiyi müsahibədə bu iddiaların əsassız olduğunu bildirib.

Bredi isə son zamanlar Victoria’s Secret modelləri Kandis Svanepeol və Joan Smalls ilə əlaqəli şayiələrlə gündəmə gəlib.