Rusiyalı aktrisa Elizaveta Arzamasova “Papa qızları” serialındakı Galina Sergeyevna obrazını təkrarlayıb.
Dergi.az xəbər verir ki, 26 sentyabrda Moskvanın “Rovesnik” barında 31 yaşlı aktrisa DJ-setlə çıxış edib və serialdan yadda qalan robot rəqsini ifa edib. Tədbirə onu dəstəkləmək üçün 52 yaşlı əri İlya Averbux da qatılıb.
Aktrisa sosial media hesabında bu yeni təcrübəsinin ona böyük zövq verdiyini bildirib. O, gələcəkdə də DJ kimi çıxış etməyi düşündüyünü qeyd edib.
Arzamasova tədbirdə kürklü gödəkçə, cins şalvar və top geyinərək Galina obrazını xatırladıb. O, həmçinin günəş eynəyi taxıb və saçlarını hörükləmişdi.
