Türkiyəli aparıcı Esra Erol canlı yayımda qonaqların davranışlarına görə əsəbiləşib.

Dergi.az xəbər verir ki, Esra Erolun aparıcılıq etdiyi proqramda qonaqlar arasında gərginlik yaşanıb. Aparıcı isə bu vəziyyətə daha çox dözə bilməyərək ayağa qalxıb və sərt sözlər səsləndirib.

Esra Erolun “Elalemin arvadını qaçırarkən adamın qarşısında pişmiş kelle kimi oturursan” ifadələri sosial mediada geniş müzakirə olunub. İzləyicilər arasında aparıcının bu reaksiyasına dəstək verənlər çox olub.