Türkiyəli musiqiçi Fuat Güner sevgilisi Yasemin Gezeroğlu ilə birlikdə əl-ələ görüntülənib.

Dergi.az xəbər verir ki, MFÖ qrupunun qurucu üzvü Fuat Güner bir tədbirdə sevgilisi ilə əl-ələ gəzərkən kameralar tərəfindən çəkilib. Onların bu anları sosial mediada geniş müzakirə mövzusu olub.

1948-ci ildə İstanbulda doğulan Fuat Güner, Mazhar Alanson və mərhum Özkan Uğur ilə birlikdə MFÖ qrupunun əsas üzvlərindən biri kimi tanınır. Qrupun “Ele Güne Karşı Yapayalnız”, “Bu Sabah Yağmur Var İstanbulda” kimi məşhur mahnıları var.

MFÖ qrupu 1985 və 1988-ci illərdə Türkiyəni Eurovision Mahnı Müsabiqəsində təmsil edib. Qrupun üzvü Özkan Uğurun vəfatından sonra, Fuat Güner və Mazhar Alanson musiqi fəaliyyətlərini davam etdirmək qərarına gəliblər.