Türkiyəli aktrisa Hande Erçel qara geyimdə çəkdiyi fotoları sosial media hesabında paylaşaraq izləyicilərinin böyük bəyənisini qazanıb.
Dergi.az xəbər verir ki, aktrisa ard-arda paylaşdığı fotoları ilə sosial mediada diqqət mərkəzinə çevrilib. Hande Erçelin qara rəngli geyimdəki pozları izləyiciləri tərəfindən “mükəmməl” və “təsirli” kimi qiymətləndirilib.
Paylaşılan şəkillər qısa müddətdə minlərlə bəyənmə və şərh toplayıb. İzləyicilər aktrisanın gözəlliyini və stilini tərifləyiblər.
Hande Erçelin bu paylaşımları sosial mediada geniş əks-səda doğurub.



